Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 11:33:00
15 region üzrə 51 baldan çox toplayan müəllimlər - STATİSTİKA

Məlum olduğu kimi, Elm və Təhsil Nazirliyi bu il 20-24 iyun tarixlərində İbtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müəllimlərin sertifikatlaşdırmasının test imtahanlarını keçirib. 

 

AzEdu.az 15 rayon və şəhər üzrə 51 və daha yüksək bal toplayan ibtidai sinif müəllimlərinin statistikasını təqdim edib. 

 

Bakı şəhəri üzrə 5 987 iştirakçının orta balı 44-dür. 38% iştirakçı isə 51 baldan yuxarı toplayıb.

Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri üzrə orta bal 43-dür. Sumqayıtda müəllimlərin 5%-i, Mingəçevirdə 28%-i, Şirvanda isə 29%-i 51+ bal toplayıb.

 

Abşeron və Siyəzən regionları üzrə orta bal 42-dir. Abşeron üzrə 28%, Siyəzən üzrə isə 29% müəllim 51 baldan yüksək nəticə göstərib.

 

Gəncə, Hacıqabul, Oğuz rayonları üzrə ortalama bal 40-dır. Gəncə üzrə 25%, Hacıqabul üzrə 21%, Oğuz qzrə isə 16% müəllim 51+ bal toplayıb.

Quba, Salyan, Qubadlı, Qazax, Zəngilan, Xızı regionları üzrə ortalama bal isə 39-dur.