Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-05 16:36:54
Son gündə 2 nəfər koronavirusa yoluxub  

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.

 

COVID-19-a yoluxan 1 nəfər sağalıb, 1 nəfər ölüb.

 

İndiyədək ölkədə ümumilikdə 831 954 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 661 nəfər müalicə olunaraq sağalıb, hazırda 9 aktiv xəstə var. Bu günə qədər 10 284 nəfər vəfat edib.

 

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1610, bu günə qədər isə ümumilikdə 7 644 889 test icra olunub.