Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-27 16:34:04
Tədris güclü olanda…

Son illər gənclərin təhsildə qazandığı uğurlar bizi çox sevindirir, xoşbəxt gələcəyə inam yaradır. Bu günlərdə Azərbaycan Tibb Universitetinin Mpf-2 fakültəsinin üçüncü kurs, 220-10b qrupunun tələbələri Fəridə Ağayarlı və Səbinə Həsənzadə Niderlandın Groningen şəhərində, “University Medical Center of Groningen” elm ocağında keçirilən dünyanın aparıcı konqreslərindən biri- “İnternational Students- Conqress of (bio) medical sciences”- kimi tanınan beynəlxalq konqresdə iştirak ediblər.


Fəridə xanımın elmi işinin adı “Etanolun xroniki təyini fonunda dişi ağ siçovulların qanında cinsi hormonların qatılığının dəyişilməsinə pirasetamın təsirinin tədqiqi”, Səbinə xanımın isə elmi işinin adı “Etanolun xroniki təyini fonunda dişi ağ siçovulların qanında cinsi hormonların qatılığının dəyişilməsinə meksidolun təsirinin tədqiqi”- olub.


Fəridənin elmi işi oral çıxış üçün, Səbinənin elmi işi isə poster çıxış üçün seçilmişdi. Xatırladım ki, hər iki elmi iş tibb universitetinin farmakologiya fakültəsinin professoru Vəli Əsmətovun elmi rəhbərliyi altında ərsəyə gəlib.


Bu konqresdə dünya üzrə cəmi 300 nəfərə çıxış haqqı verilir və onlardan 21-nə tədqiqat aparmağa görə təqaüd ayrılır. Bu təqaüdün miqdarı bakalavrlar üçün 6000-10000 evro, magistrlər üçün 15000 evro təşkil edir. Və sevindirici haldır ki, Fəridə Ağayarlı həmin 21 nəfərin srasındadır. Səbinə Həsənzadə isə müsabiqədə birinci yerə çıxıb.

 

Elman Eldaroğlu