Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-22 15:13:42
ADU-da 398 tələbə Təhsil Tələbə Kreditinə müraciət edib

Tələbə Təhsil kreditləri respublikamızın ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlara təhsil haqqını və təhsil aldığı müddətdə təhsillə əlaqədar xərclərin tam ödənilməsi üçün verilir.

 

 

AzEdu.az olaraq 2022/2023 tədris ili müddətində universitetlərdən ümumi nə qədər təhsilalanın Tələbə Təhsil Kreditinə müraciət etməsinə dair ali təhsil müəssisələrinə sorğu ünvaladıq.

 

Azərbaycan Dillər Universiteti (ADU) üzrə 2022/2023-cü tədris ilində (sentyabrdan indiyədək) cəmi bakalavr və magistratura səviyyələri daxil olmaqla ümumi 398 tələbə Təhsil Tələbə Kreditinə (TTK) müraciət edib.

 

Bu barədə ADU-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cavid Zeynallı AzEdu.az-ın sorğusuna cavab olaraq bildirib.

 

Universitet sözçüsünün verdiyi məlumata görə, 273 bakalavr, 61 magistrın müraciəti təsdiq edilib. Qurumun sözçüsü əlavə olaraq onu da qeyd etdi ki, 64 müraciətə imtina gəlib, çünki bunu sistem özü edib.

 

Fakültələr üzrə təsdiq alan tələbələrin sayı:

 

Təhsil fakültəsi üzrə- 142 tələbə

 

Filologiya və Jurnalistika fakultəsi üzrə -27 tələbə

 

Tərcümə fakültəsi üzrə -10 tələbə

 

Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi üzrə 94 tələbəyə təsdiq gəlib.