Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 16:48:01
Dağlıq Şirvan regionu - imtahandan 59 bal toplayan daha 2 müəllim

Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin ikinci gününün ikinci seansında Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə ən yüksək nəticə toplayan müəllimlər məlum olub.


Regional İdarədən AzEdu.az-a verilən məlumata görə, Şamaxı şəhər 6 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Məlikova Vüsalə Vidadi qızı və İsmayıllı şəhər 5 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Bəkirova Ruqiyyə Yaşar qızı 59 bal toplayıb.



Qeyd edək ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarını əhatə edir.