Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 16:35:51
Son sutkada 6 yeni yoluxma qeydə alınıb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 6 yeni yoluxma faktı qeydə alınıb.

 

COVID-19-a yoluxan 1 nəfər sağalıb, 1 nəfər isə dünyasını dəyişib.

 

İndiyədək ölkədə ümumilikdə 831 902 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 600 nəfər müalicə olunaraq sağalıb, hazırda 20 aktiv xəstə var. Bu günə qədər 10 282 nəfər vəfat edib.

 

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 131, bu günə qədər isə ümumilikdə 7 638 486 test icra olunub.

 

Eyni zamanda ölkədə son sutka ərzində 76 nəfər vaksinasiya olunub.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 966 471 olub.