Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 15:25:00
Sertifikasiya imtahanı: respublika üzrə rekord nəticə - 59 BAL

Təhsil ictimaiyyəti müəllimlərin sertifikatlaşdırılması prosesini müzakirə edir.

İyunun 20-də sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsinin ilk günündə birinci seans başa çatıb.

 
Qeyd edək ki, 20-23 iyun tarixlərində ölkə üzrə 20 minə yaxın ibtidai sinif müəllimi, 24 iyun tarixində isə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiyanın test imtahanı mərhələsinə cəlb olunacaq.

 

AzEdu.az-ın xəbərinə görə, respublika üzrə ilk günün birinci seansının ən yüksək nəticəsi 59 bal olub.

 

Nəticənin sahibi Şəki rayonu Çeşməli kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Bəkirova Aygün Kərəm qızıdır.