Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 12:14:24
343 nəfər "Yüksəliş"in yarımfinalında iştirak edəcək

Üçüncü “Yüksəliş” müsabiqəsinin yarımfinalçıları bəlli oldu.

 

AzEdu.az xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin idarəetmə bacarıqları üzrə imtahanında iştirak etmiş 1057 nəfər iştirakçıdan 343 nəfəri yarımfinal mərhələsində iştirak hüququ qazanıb.


Nəticələrə əsasən maksimal T-bal 721, o cümlədən keçid balı 535 bal təyin edilib. Onlardan 280 nəfəri kişi, 63 nəfəri isə qadındır. Yarımfinal mərhələsinə keçənlər arasında 1-ci müsabiqədən qatılan 18, 2-ci-
dən 120 və bundan əvvəlki müsabiqələrin hər ikisində iştirak edən 62 nəfər iştirakçı yer alır.

 

Qeyd edək ki, ötən ilin statistik nəticələrinə əsasən ikinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsində keçid balı 540 T-bal olub və yarımfinal mərhələsinə 332 nəfər buraxılıb.

 

Qarşıda iştirakçıları “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi gözləyir. Yarımfinal mərhələsi 30 iyun və 1-2 iyul tarixlərində baş tutacaq. Yarımfinal mərhələsindən sonra iyulun 15-16-da final mərhələlərinin keçirilməsi ilə üçüncü “Yüksəliş” müsabiqəsi başa çatacaq. “Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və
20.000 AZN dəyərində pul mükafatı gözləyir.

 

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

 

Qeyd edək ki, növbəti, sayca üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.