Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-13 14:59:23
Yaponiya səfiri UNEC-də tələbələrlə görüşüb

Yaponiyanın Azərbaycandakı səfiri cənab Vada Juniçi “Yaponiya səfirinin saatı” adlı tədbir çərçivəsində UNEC-də tələbələrlə görüşüb.

 

AzEdu.az xəbər verir ki, ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin iştirak etdiyi tədbirdə cənab səfir Yaponiyanın tarixi, mədəniyyəti, dili, təhsili haqqında danışıb, eləcə yapon gəncləri, onların düşüncələri barədə maraqlı məlumatları tələbələrlə bölüşüb.

 

Tələbələrin böyük marağına səbəb olan görüşdə səfir cənab Vada Juniçi onları maraqlandıran sualları cavablandırıb.