Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-13 14:30:21
BMU tələbələri spartakiadada uğur qazanıb

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşlarından ibarət komandaları ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş və ali təhsil müəssisələrinin işçiləri arasında keçirilən spartakiadada uğurlu nəticələr göstəriblər.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Belə ki, BMU-nun komandaları dama yarışlarında II, voleybol yarışlarında III, futbol yarışlarında III, şahmat yarışlarında isə V yeri tutub.

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə idmanın 6 növü üzrə keçirilən spartakiadada ölkəmizin 11 aparıcı universiteti iştirak edib.

 

Spartakiada  ölkə universitetlərinin  əməkdaşları arasında sağlam həyat tərzinin formalaşdırılması, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsi, idmanın kütləviliyinin təbliği, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil olunub.