Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-13 11:53:51
LDU- nun tələbəsi dünya kubokunda 3- cü yer qazanıb
Lənkəran Dövlət Universitetinin (LDU)Tarix-cografiya və İncəsənət fakültəsinin Sosial is ixtisası üzrə I tədris ili tələbəsi Könül Vidadi qızı Süleymanova böyük idman uğurlarına imza atmaqda davam edir.
 
 
AzEdu.az xəbər verir ki, LDU-nun tələbəsi 2023-cü ilin yanvarında Italiyada kecirilən paralimpiyaçıların üzgüçülük üzrə dünya kubokunda uğurla yarışaraq 3-cü yeri qazanıb. Könül Süleymanova cari ilin 12 may tarixində Almaniyada kecirilən çempionatda da inamla yarışaraq idmanın bu növü üzrə yüksək uğura imza atıb, 27 iyul-06 avqust 2023-cü il tarixində Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək dünya çempionatına lisenziyanı özünə təmin edib.
 
 
Qeyd edək ki, Könül Süleymanova 2004-cü ildə Füzuli rayonunda anadan olub. Hal-hazırda valideynləri ilə Bakıda yaşayan Könül 10 yaşından peşəkar idmanın üzgüçülük növü ilə məşğuldur. İdmanın bu növü üzrə uşaqlar arasında 5 dəfə Azərbaycan çempionu olub, bir neçə dəfə Avropa miqyaslı yarışlarda ölkəmizi uğurla təmsil edərək yüksək nəticələr əldə edib.
 
 
Könül Süleymanova hazırda Lənkəran Dövlət Universitetində yaz imtahan sessiyasının imtahanlarını uğurla verməkdədir. LDU-nun rektoru, professor Natiq İbrahimov Könül və valideynləri ilə görüşündə onunla qürur duyduğunu, bütün universitetin paralimpiyaçı tələbənin idman uğurlarına sevinərək fəxr etdiyini, təhsil müddətində ona lazımi şəraitin yaradılacağını bildirib.
Sevincinə bütün LDU ailəsi şərikdir, Könül Süleymanova!