Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-01 16:31:00
XI sinif şagirdlərinə bəd xəbər – Buraxılış imtahanlarını  çətinləşdirən yenilik edildi

2019-cu ildə keçiriləcək qəbul imtahanları tamamilə yeni model əsasında təşkil olunacaq. Yeni modelə uyğun olaraq, hər blokda 3 imtahan fənn nəzərdə tutulub. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıqformalı tapşırıqlardan  üçü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud, mətn əsasında hazırlanan tapşırıqlardır.

Qəbul modeli öncədən elan olunsa da, qaranlıq qalan məsələlər hələ də öz aktuallığını qorumaqda davam edir. İngilis dili fənni üzrə buraxılış imtahanlarına dinləmə mətninin əlavə edilib-edilməyəcəyi də bütün şagirdləri maraqlandıran əsas məqamlardan biridir.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi XI siniflər üçün buraxılış imtahanında dinləmə mətninin olacağını məlumatını təsdiqləyib. Sualın hansı formatda tərtib olunacağı isə hələ məlum deyil.

İngilis dili müəllimlərinin qənaətinə görə, abituriyentlərə əvvəlki illərdə bu fəndən yazılı şəkildə təqdim olunan ənənəvi mətn, yeni qaydalara əsasən buraxılış imtahanında səsli şəkildə təqdim olunacaq. Şagird dinlədiyi mətnə uyğun olaraq, tərtib olunan suallara cavab verəcək.

Qeyd edək ki, gələn il yalnız qəbul imtahanlarında sualların modeli dəyişməyəcək.

2019-cu ildəki buraxılış imtahanlarında elə ötənilki buraxılışdakı  olacaq - Ana dili, Riyaziyyat və Xarici dil.

Amma formatı bu il IX  sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq.

2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr, qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək, cəmlənəcək və bununla da ümumi nəticə əldə olunacaq. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları