Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-30 17:19:00
Bu ilin Nobel mükafatı laureatları oktyabrda elan ediləcək

Oktyabrın 1-dən 8-dək laureatlara Nobel mükafatı, habelə Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatı (Sveriges Riksbank Prize) təqdim ediləcək.

AzEdu.az xəbər verir ki,  oktyabrın 1-də fiziologiya və ya tibb, 2-də fizika, 3-də kimya, 5-da Nobel Sülh mükafatı, 8-də “Sveriges Riksbank Prize” təqdim ediləcək.

Ədəbiyyat üzrə Nobel mükafatının təqdim edilməsi tarixi barədə isə İsveç Akademiyası tərəfindən əlavə məlumat veriləcək.

2018-ci il üçün hər bir kateqoriya üzrə mükafatın məbləği 9 milyon İsveçrə kronu (təqribən 1,1 milyon dollar) müəyyən edilib.