Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-05 10:21:00
Kolleclərə ixtisas seçimində kimlər iştirak edə biləcək? - RƏSMİ

Məlum olduğu kimi, aprelin 2-də 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı keçirilib. Bəs ixtisas seçiminə hansı abituriyentlər buraxılır?

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, ümumi balı 50-dən aşağı olmayan bütün abituriyentlərin ixtisas seçimində iştirakında heç bir məhdudiyyət yoxdur:

 

"11 illik bazada kolleclərin ixtisas seçiminə buraxılış (qəbul) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir). Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər".