Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-30 13:06:00
Tələbələr imtahanda uğur qazanmaq üçün nə etməlidirlər? - Uğura aparan yollar

Diqqət dağınıqlığı yaşayan bir çox tələbənin sessiya imtahanları zamanı uğur qazana bilməməsi alimlər tərəfindən sübuta yetirilib. Psixoloqlar hesab edir ki, tələbələrin il ərzində gözlədikləri imtahanların uğursuzluqla nəticələnməsi onların həyatlarına, günlük yaşam tərzlərinə də təsirsiz ötüşmür.

Bəs imtahanda uğur qazanmaq üçün nə etmək lazımdır?

AzEdu.az xarici KİV-lərə istinadən xəbər verir ki, motivasiyanın aşağı olması və imtahan qorxusu uğursuzluğa gətirib çıxaran ən vacib səbəblər hesab olunur. İmtahandan öncə diqqət edilməli olan bir çox məqam var. Məsələn, hər bir tələbə qidalanma rejiminə xüsusi diqqət etməlidir. Dərs oxumağa zaman ayırdığınız kimi yuxu üçün də hər gün zaman ayırmalısınız. Özünüzü sosial həyatdan təcrid etməməlisiniz. Stressi bacara bildiyiniz qədər yox etmək, mövzuları sistemli şəkildə öyrənmək və zamandan düzgün istifadə edə bilmək uğura aparan ən düzgün yoldur.

Tələbələrin tez-tez təkrarladıqları səhvlərdən biri qidalanma rejimlərinə diqqət etməməlidir. Beynin inkişafına yaxşı təsir göstərən qidalardan mütləq istifadə olunmalıdır. Bol vitamin qəbulu da əsas şərtlərdəndir. İmtahan müddəti boyunca arıqlamağa çalışmaq  insanlara psixoloji təsir edir. Psixoloqlar imtahan müddətində belə işlərlə məşğul olmağı tövsiyə etmir. Çay, qəhvə və spirtli içkilərdən uzaq durmalı, enerji içkilərin qəbulunu isə tamamilə unutmalısınız.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları