Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-03 16:53:02
İlham Əliyev və xanımı Türkiyədə səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya işgüzar səfərə gəlib.

 

 

AzEdu.az xəbər verir ki, Ankara şəhərinin Esenboğa Hava Limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.