Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-03 09:10:17
Günün havası - leysan, dolu... 

Bu gün Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir.

 

 

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, səhər bəzi şəhərətrafı ərazilərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

 

 

 

Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olub. Nisbi rütubət 65-75 % olacaq.

 

 

 

Azərbaycanın rayonlarında əsasən gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

 

 

Havanın temperaturu gecə 15-20° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.