Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-02 12:54:01
TKTA daha bir ölkənin agentliyi ilə anlaşma memorandumu imzaladı

Qazaxıstan Respublikasının Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin (IAAR) ev sahibliyi ilə keçirilən Mərkəzi və Şərqi Avropa Ölkələrinin Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin (CEENQA) Baş Assambleyası çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Moldova Respublikasının Təhsil və Tədqiqatda Milli Keyfiyyət Təminatı Agentliyi (ANACEC) arasında anlaşma memorandumu imzalanıb.

 

Bu barədə AzEdu.az-a agentlikdən məlumat verilib.

 

TKTA İdarə Heyətinin sədri Ülkər Səttarova və ANACEC prezidenti Andrei Chiciuc tərəfindən imzalanan memorandum ali və peşə təhsili istiqamətində xarici keyfiyyət təminatı təcrübəsinin qarşılıqlı öyrənilməsi və müştərək layihələrin təşkilini özündə ehtiva edir.

 

Qeyd etmək lazımdır ki, CEENQA Baş Assambleyasının bu dəfəki iclası “Keyfiyyət təminatı agentliklətində keyfiyyət mədəniyyəti və insan resursları” mövzusuna həsr olunmuşdur. İki gün davam edəcək CEENQA Baş Assambleyasında TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova və Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov iştirak edir.