Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-30 09:00:00
Test toplularında heç bir yenilik yoxdur deyən müəllimlərə DİM-dən reaksiya - "Qapalı testlərdən daha çox istifadə olunacaq!"

Xəbər verdiyimiz kimi 2019-cu ildə keçiriləcək qəbul imtahanları tamamilə yeni model əsasında təşkil olunacaq. Modelin tamamilə yeni olmasında baxmayaq müəllimlər iddia edir ki, DİM-in yeni modelə uyğun nəşr etdiyi test toplularında heç bir dəyişiklik edilməyib. Topluların sadəcə üz qabıqları və dizaynı dəyişdirilərək satışa çıxarılıb.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, yeni qəbul imtahanı modelində qapalı tipli test tapşırıqlarından daha çox istifadə olunacaq. Bu baxımdan test topluları öz aktuallığını saxlayır və abituriyentlərin qəbula hazırlığında əhəmiyyətli rol oynayacaq. Toplulara həmçinin abituriyentlərdə və müəllimlərdə yeni qəbul imtahanı modeli haqqında təsəvvür yaratmaq üçün 2018-ci ildə yeni imtahan modelinə uyğun keçirilən sınaq imtahanında istifadə olunmuş test bloku da əlavə edillib. Yeni test tapşırıqlarının nümunələri ilə DİM-in ayrı-ayrı fənlər və siniflərə aid nəşr etdirdiyi “Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” kitablarında da tanış olmaq mümkündür. Məlumatda sözügedən kitabların artıq bir neçə müddətdir nəşr olduğunu da qeyd olunub.

Xatırladaq ki, yeni modelə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları