Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-01 17:03:07
Azərbaycanda 14 yaşadək uşaqların sayı azalıb - SƏBƏB

“Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Azərbaycan uşaqların sayına görə regionda seçilən dövlətlərdəndir”.


AzEdu.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.


Millət vəkili Azərbaycanda 14 yaşadək uşaqların sayını da açıqlayıb.

“Ölkəmizdə 14 yaşınadək uşaqların sayı 2 milyon 250 min nəfərdir. Ötən il ilə müqayisədə uşaqların sayı 10 min nəfər azalıb. Bu, son illər təbii artım faizinin müqayisəli azalması ilə bağlıdır.
I və II Qarabağ müharibəsində həlak olmuş bütün uşaqlarımızın xatirəsini dərin ehtiramla yad edir, övladlarımızın azad və təhlükəsiz şəraitdə yaşamaqlarını arzulayıram!”, - deputat əlavə edib.