Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-29 11:30:00
Böyük Azad adam 90 yaşında - “Azərbaycanda elmi o məşhurlaşdırıb”

Bu gün görkəmli alim, akademik Azad Mirzəcanzadənin 90 yaşı tamam olur. Təəssüflər osun ki, onun “XXI əsrdə gedən yolda” kitabını hələ də dilimizə tərcümə edə bilməmişik.

AzEdu.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Etibar Əliyev deyib.

Ekspert müəllifin rus dilində yazdığı bu kitabın böyük bilik mənbəyi olduğunu bildirib:

“Bu kitab azərbaycandilli oxucular üçün misilsiz vəsait ola bilər. Azad müəllim Azərbaycanda elmin populyarlaşdırılmasının əsasını qoyub. Bu onun Azərbaycan elmi qarşısında göstərdiyi ən böyük xidmətlərindən biridir. Onun “Deyə bildimmi?” ifadəsi isə artıq Sokratın “Mən bilirəm ki, heç bilmirəm” ifadəsi kimi metoda çevrilib.

Azad Mirzəcanzadə, Mehdi Mehdizadə, Əbdüləzəl Dəmirçizadə, Zahid Xəlilov, Feyzulla Qasımzadə və başqa görkəmli alimlərimizin hələ də sanballı bioqrafiyasını yaza bilməmişik”.

Qeyd edək ki, Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanıb.

400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirib.(Teleqraf.com)