Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-26 14:13:37
Həftəsonu Bakıda gözlənilən hava şəraiti açıqlanıb

Bakıda və Abşeron yarımadasında mayın 27-28-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

AzEdu.az xəbər verir ki, bunu  Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

 

O bildirib ki, həftəsonu paytaxt və yarımadada mülayim şimal küləyi əsəcək, havanın temperaturu günorta saatlarında 25-29 dərəcə isti olacaq.