Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 12:45:00
UNEC tələbələri üçün inkişaf marafonu keçiriləcək

UNEC tələbələri üçün İnkişaf Marafonu keçiriləcək.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

 

Karyera Planlaşdırılması və İnkişafı kafedrasının dəstəyi, IB Club İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək marafona bütün UNEC tələbələri dəvətlidir.

Tədbirin spikerləri:

  • Təlimçi və araşdırmaçı Orxan Şahbaz
  • PayRiff şirkətinin icraçı direktoru və həmtəsisçisi Türkan Fərzəliyeva
  • Xoşbəxtliyi araşdıran bloger Emil Allahverdiyev
  • Təşəbbüskar, marketoloq, bloger Həvva Səfərova
  • ABŞ-da təhsil alan gənc bloger Mahir Məmmədli 

Mövzular:

- Bir gənclə xaricə, 0-dan 100%-ə addımbaaddım;
- Rasional düşüncə və emosional intellekt: Əleyhinə olduğumuz baxış və düşüncələr;
- Gənc sahibkar ruhu və sahibkarlığın səhnə arxası.

Marafon boyu tələbələri sürpriz qonaq və hədiyyəli viktorinalar gözləyir.

QEYDİYYAT

Tədbir 26 may, saat 13:00-da UNEC-in 4 saylı tədris binasında (Abbas Səhhət 45A) olacaq