Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-23 17:34:00
AzTU-nun “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir. 

 

Bu gün AzEdu.az və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə AzTU-da təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. Tədbirdə AzEdu.az təhsil portalının rəhbəri Elşad Eyvazlı, icraçı direktoru Tünzalə Abbasova, universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərova, Xüsusi texnika və texnologiya fakültəsinin dekanı Elçin Rzayev, Metallurgiya və materialşünaslıq fakültəsinin dekanı Nizami Poladov, Nəqliyyat və logistika fakültəsinin dekan müavini Qəzənfər Axundov və “Brend tələbə” statusuna layiq görülmüş tələbələr iştirak edib.

 

Tədbir Sevinc İsgəndərovanın açılış nitqi ilə başlayıb. Daha sonra çıxış edən Elşad Eyvazlı tələbələri təbrik edib və onlara təhsil həyatlarında nailiyyətlər arzulayıb.

 

Görüş zamanı tələbələrlə uğurun sirləri müzakirə edilib. "Brend tələbə"lər öz təəssüratları bölüşüb.

Daha sonra onlara təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

 

Azərbaycan Texniki Universitetində "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır: 

 

Məmmədov Ayxan İlkin oğlu - Nəqliyyat və logistika fakültəsi

 

Babazadə Emil Aydın oğlu - Nəqliyyat və logistika fakültəsi

 

Rəşidli Atabəy Nahid oğlu - Nəqliyyat və logistika fakültəsi

 

Nəcəfov Elnur Həsən oğlu - Nəqliyyat və logistika fakültəsi

 

Mənəfov Şamil Mənəf oğlu - Nəqliyyat və logistika fakültəsi

 

Əsgərli Ayan Bayram qızı - İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi

 

Zeynallı Maral Famiq qızı - İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi

 

Əsgərli Flora İsmayıl qızı - Metallurgiya və materialşunaslıq fakültəsi

 

Veysəlov Sənan Tərlan oğlu - Xüsusi texnika və texnologiya fakültəsi

 

Məhəmmədli Eyvaz Mübariz oğlu - Maşınqayırma və robototexnika fakültəsi

 

Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.


Azərbaycanın 22 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.