Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-23 12:04:51
AzMİU-nun magistraturasına tələbə qəbulu proqnozu açıqlanıb

2023/2024-ci tədris ili üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) magistratura səviyyəsinə tələbə qəbulu proqnozu yerlərinin layihəsi açıqlanıb.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib. 

 

Layihəyə əsasən, magistratura səviyyəsinə 800 tələbə qəbulu yeri planlaşdırılıb. Proqnozlaşdırılan yerlərdən 335-inə “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə MBA proqramı ilə qəbul elan ediləcək. Həmin ixtisasa 11 istiqamətdə qəbul nəzərdə tutulub:

- Biznesin təşkili və idarə edilməsi (menecment üzrə);

- Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə);

- Biznesin təşkili və idarə edilməs (tikintinin idarə edilməsi üzrə);

- Biznesin təşkili və idarə edilməs (daşınmaz əmlakın idarə edilməsi üzrə);

- Biznesin təşkili və idarə edilməs (nəqliyyatın idarə olunması üzrə);

- Biznesin təşkili və idarə edilməs (tikinti sahəsində investisiyaların idarə edilməsi üzrə);

- Biznesin təşkili və idarə edilməs (logistika və təchizat zəncirinin idarə edilməsi); - Biznesin təşkili və idarə edilməs (ətraf mühitin idarə edilməsi üzrə);

- Biznesin təşkili və idarə edilməs (layihələrin idarə ediməsi üzrə);

- Biznesin təşkili və idarə edilməs (maliyyə üzrə);

- Biznesin təşkili və idarə edilməs (əqli mülkiyyətin idarə edilməsi üzrə).

 

Qəbul elan ediləcək ixtisaslarda tədris dili Azərbaycan, Rus və İngilis olmaqla 3 dildə olacaq. Belə ki, 310 Azərbaycan, 10 Rus, 15 qəbul yerində isə İngilis dilində tədris planlaşdırılıb.