Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-23 11:59:34
Bakıdada I sinfə qəbul üçün 28071 müraciət daxil olub

Mayın 23-ü saat 10:00-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 28 071 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə müraciət edilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. 

 

Qeyd edək ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış Alternativ qeydiyyat mərkəzləri (https://baku.edu.gov.az/az/page/276), həmçinin “WhatsApp” vasitəsilə (050-996-76-63, 050-996-36-62, 050-996-46-68) müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstərilir. Bu məqsədlə valideynlər tərəfindən 5 294  elektron müraciət daxil olub. Müraciətlərdən 2 587-si məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 2 707-si  sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb.

 

Birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə, o cümlədən Elm və Təhsil Nazirliyinin yeni fəaliyyətə başlayan Ümumi və Məktəbəqədər Təhsil Məsələləri üzrə Vətəndaşlara Xidmət Mərkəzinə də (Ünvan: Bakı şəhəri, Fətəli xan Xoyski 109, https://goo.gl/maps/KiQX4ba6bjBR7TFU6) müraciət edə bilərlər.

 

Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesi sentyabrın 14-ü başa çatacaq.