Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-22 10:41:00
ABŞ-da xarici tələbələrin sayı pandemiyadan əvvəlki dövrdən azdır

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) təşkilatrı yeni hesabat dərc edib.

AzEdu.az xəbər verir ki, hesabata əsasən 2022-ci ildə xarici ölkələrdən olan tələbələrin sayı 10,1% artıb (1,4 milyon nəfərə qədər). Artımın əhəmiyyətli olmasına baxmayaraq, bu rəqəmlər pandemiyadan əvvəlki dövrdən aşağı olaraq qalır: fərq 161 mindən çox tələbədir.

Tələbələrin sayında artım ABŞ-ın bütün bölgələrini əhatə edir. Ənənəvi olaraq, Kaliforniya əcnəbi tələbələrin sayına görə lider ştat olaraq qalır: bu ştatdakı ali məktəblərə 225 mindən çox insan (əcnəbi tələbələrin ümumi sayının 16,5%-i) qəbul olunub.

Hesabatda bildirilir ki, Antarktidadan başqa bütün qitələrdən ABŞ-a təhsil almağa gəliblər. Ən çox tələbə Asiyadandır. Çindən gələn abituriyentlərin sayı 24 min nəfərdən çox azalsa da, bu itki Hindistandan gələn tələbələrin sayının 64 min nəfərdən çox artması ilə kompensasiya edilib. Eyni zamanda, ötən illə müqayisədə ən kiçik artımı Asiya göstərib – cəmi 7,7%. Cənubi Amerika, Avropa və Afrikadan əhəmiyyətli dərəcədə daha çox tələbə gəlməyə başlayıb - müvafiq olaraq 18,1%, 17,3% və 17,1% artım.

2022-ci ildə beynəlxalq tələbələr arasında ən populyar proqramlar magistraturadır (41%). İkinci pillədə bakalavr dərəcəsi (37%), üçüncü yerdə doktorantura (16%) olub və tələbələrin yalnız 6%-i doktorluq dərəcəsi alıb. Elmi istiqamətlər arasında kompüter elmləri, ikinci xarici dillər (ingilis dili istisna olmaqla) və menecment öndədir.