Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-19 17:32:00
İlahiyyat İnstitutunun “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir. 

 

Bu gün AzEdu.az və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Aİİ-da təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. Tədbirdə AzEdu.az-ın icraçı direktoru Tünzalə Abbasova, həmin statusa layiq görülmüş tələbələr və universitetin akademik heyəti iştirak edib.

 

Tədbir dekan Elnurə Əzizovanın açılış nitqi ilə başlayıb. Daha sonra çıxış edən Tünzalə Abbasova tələbələri təbrik edib və onlara təhsil həyatlarında nailiyyətlər arzulayıb.

 

Görüş zamanı tələbələrlə uğurun sirləri müzakirə edilib. Gənclər öz hisslərini bölüşüb və digər yoldaşlarına tövsiyələr veriblər. Daha sonra onlara təltifnamələri təqdim olunub və sonda xatirə şəkli çəkilib.

 

Azərbaycan İlahiyyat İnstitutunda "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 

 

Quliyeva Günel Musa - İslamşünaslıq ixtisası, II kurs

 

 

Yavuz İsmail - İslamşünaslıq ixtisası, II kurs

 

 

Məmmədov Aqşin Əligüşad - Dinşünaslıq ixtisası, III kurs

 

 

Müzəfərov Şahin İslam - Dinşünaslıq ixtisası, III kurs

 

 

Hüseynzadə Elxan Rövşən -  Dinşünaslıq ixtisası, III kurs

 

 

Əliyeva Nərgiz Əkbər - Dinşünaslıq ixtisası, III kurs

 

 

Ağazadə Şamxal Vətən - Dinşünaslıq ixtisası, II kurs

 

 

Hətəmova Zeynəb Seyfulla - Dinşünaslıq ixtisası, II kurs

 

 

Xəlilli Zeynəb Rasim - Dinşünaslıq ixtisası, II Kurs

 

 

Haxıyeva Ülkər İmam qızı - Dinşünaslıq ixtisası, III kurs

 

 

Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.


Azərbaycanın 22 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.