Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-19 15:51:48
Tbilisi Dövlət Universitetində Heydər Əliyev adına auditoriya açıldı

Mayın 19-da Gürcüstana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Heydər Əliyev adına auditoriyanın açılış mərasimində iştirak edib. 

 

AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən elm və təhsil naziri ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bir çox sahələrdə, o cümlədən təhsil sahəsində həyata keçirilmiş islahatlar və onların nəticələri barədə tədbir iştirakçılarına məlumat verib. Emin Əmrullayev ulu öndərin azərbaycanlı gənclərin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına göstərdiyi dəstəyi xüsusilə vurğulayıb və auditoriyanın açılışına verdiyi dəstəyə görə Tbilisi Dövlət Universitetinə təşəkkürünü bildirib. 


 
Daha sonra elm və təhsil naziri Emin Əmrullayev ilə Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari Tbilisi şəhərində yerləşən tədris Azərbaycan dilində aparılan M.F.Axundov adına 73 nömrəli məktəbi ziyarət edib və məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib.