Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-19 14:49:54
AzMİU tələbələri “Azər glass” müəssisəsində olublar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbələri “Azər glass” şüşə zavodunda ekskursiyada olub. 

 

AzEdu.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib. 

 

Mühit dizaynı kafedrasının təşkilatçılığı ilə həyata keçirilən ekskursiyada tələbələr zavod ərazisini gəzib, istehsalat prosesini, dəzgahlar və avadanlıqların iş prinsipini yaxından izləyib, zavod əməkdaşları ilə ünsiyyətdə olublar.  

 

Ekskursiya tələbələrin “Layihələndirmə-3" fənnindən “İstehsal mühitinin dizayn layihələndirməsi" kurs layihəsi ilə bağlı, Bakı şəhəri və ondan kənar ərazidə fəaliyyət göstərən sənaye və istehsal zonalarına planlaşdırılan gəzintiləri çərçivəsində həyata keçirilir. 

 

Qeyd edək ki, “Azər glass" şüşə zavodu – yerli istehsal şirkəti olaraq, ultramüasir avadanlıqlarla təchiz olunan şirkətdir. Şirkət müasir tip şüşələndirmə sistemləri (fasad-cəbhə, interyer həlli üzrə avadanlıqlar, arakəsmələr və s.) furnitura, avadanlıq və aksesuarların geniş çeşiddə istehsalını və təqdimatını həyat keçirir.