Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-18 10:35:00
Təhsildə Keyfiyyət Təminatı Agentliyi beynəlxalq forum keçirib

Mayın 18-də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” mövzusunda beynəlxalq forum keçirilib.

 

AzEdu.az xəbər verir ki, forumun məqsədi daxili və xarici keyfiyyət təminatı, tədris və təlimdə keyfiyyətin təmin edilməsi, ali təhsil müəssisələrində tədqiqat potensialının inkişafı məsələlərini müzakirə etməkdir.

 

İki gün davam edəcək forumun ilk günündə keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq və milli təşkilatlarının (EQAR, CEENQA, INQAAHE, NVAO) rəhbərlərinin iştirakı ilə panel müzakirələr, ali təhsil müəssisələrinin nümayəndələri üçün beynəlxalq ekspertlər tərəfindən seminarlar keçiriləcək.

Tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova, elm və təhsil nazirinin müavini İdris İsayev, Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestrinin direktoru Maqali Sonen və digər rəsmi şəxslər çıxış edib.