Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-18 09:46:25
ADNSU-da maarifləndirici görüş keçirilib

May ayının 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlər barədə tələbələrinin maarifləndirilməsi məqsədilə görüş keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.


Bildirilib ki, görüşdə ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov
tədbir iştirakçılarını salamlayaraq görüşün məqsədi və tələbələr üçünəh əmiyyətindən danışıb.

 

Elm və Təhsil nazirliyinin əməkdaşları Aysel Baxşəlizadə, Həmid Qasımov, İlkin Mehdiyev və Xalidə Hüseynzadə tələbələrə nazirliyin elektron xidmətləri barədə məlumat veriblər. Bununla yanaşı, elektron xidmətlərdən istifadə qaydası barədətəqdimat nümayiş olunub, elektron təhsil xidmətləri və elektron müraciət portalı haqqında geniş məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.