Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-17 09:19:21
Müsabiqədə qalib gələn tələbələr mükafatlandırıldı

Mayın 16-da Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsilin İnkişafında İnnovativ Metodlar” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


AzEdu.az
xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri, nazirlik yanında İctimai Şuranın üzvləri, özəl və dövlət qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər.


Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib ki, müsabiqə zamanı 28 dövlət və özəl ali təhsil müəssisəsindən 150 müraciət daxil olub. Tələbələr “İnklüziv təhsilin inkişafı”, “Qeyri-formal təhsil metodları”, “Təhsildə texnologiyanın tətbiqi” və “Təhsildə idarəetmə” mövzuları üzrə ideya və təkliflərini təqdim ediblər.


Çıxışının sonunda Elnur Nəsibov qalibləri və finalçıları təbrik edib, onlara uğurlar arzu edib.


Sonda 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri elan olunub, qaliblər mükafatlandırılıblar.


1-ci yerə Bakı Ali Neft Məktəbinin tələbəsi Zahid Abdullayev, 2-ci və 3-cü yerlərə isə müvafiq olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Nuray Nəzərli və Asim Əzizov layiq görülüblər.