Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 18:39:33
Mingəçevir Universitetinin “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

AzEdu.az təhsil portalının ali məktəblərlə birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun olaraq universitetlərdən seçilən tələbələrin mükafatlandırılmasına start verilib. 

 

Bu gün AzEdu.az-ın təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. AzEdu.az-ın  "İlin gənc müəllimi" layihəsinin qalibləri olan Leyla Camalzadə və  Səltənət Qurbanova tələbələrlə uğurun sirlərini müzakirə ediblər.  Daha sonra onlara qalib kimi təltifnamələri təqdim olunub.

Mingəçevir Dövlət Universitetindən "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 

Cavid Xancanlı - İqtisadiyyatın tənzimlənməsi fakültəsi;

Qurban Qurbanzadə - Sənayenin təşkili və idarəetmə fakültəsi;

Nurlan Əzizli - Sənayenin təşkili və idarəetmə fakültəsi;

Ayna Məmmədova - Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsi;

Nadir Hüseynov - İqtisadiyyat və idarəetmə fakültəsi;

Səbinə Əliyeva - Təhsil fakültəsi;

Hikmət Qaffarov - Təhsil fakültəsi;

Elbrus Quluzadə - İqtisadiyyat və idarəetmə fakültəsi;

Pənah Kərimov - Təhsil fakültəsi;

Nihad Xəlilov - Mühəndislik fakültəsi.

 

Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.


Azərbaycanın 22 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.