Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 11:15:51
Bakıda 13 yaşlı qız 37 yaşlı kişiyə nişanlanıb

Bakının Sabunçu rayonunda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanmasıyla bağlı xəbərlər yayılıb.


AzEdu.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, məsələ araşdırılır.

"Araşdırmanın nəticəsindən aslı olaraq təfərrüatlar məlum olacaq", - deyə o qeyd edib.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu isə Trend-ə bildirib ki, hadisə barədə məlumatlıdırlar.

"Baş verən hadisə araşdırılır. Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanılır", - deyə o qeyd edib.