Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 09:08:00
Həbs edilən müəllim aclıq aksiyasına başlayıb

Bu həftə müəllimlərin təşkil etdiyi mitinqlərə qoşulmaq istəyən Atikə Rəcəbli xəstəxanada aclıq aksiyasına başlayıb.

AzEdu.az xəbər verir ki, bu barədə Müəllimlərin Həmkarlar İttifaqının Koordinasiya Şurası məlumat yayıb.

Məlumatda deyilir ki, həmin gün İranın şimal-şərqindəki Məşhəd şəhərində müəllimlər təhsil sisteminin dözülməz vəziyyətdə olması, şagird, müəllim və valideynlərin hakimiyyət orqanları tərəfindən sıxışdırılmasına etiraz olaraq ümummilli etiraz nümayişi keçirmişdi.

Atikə Rəcəbli ötən ilin sentyabr ayında hökumətin tələbə və müəllimlərə qarşı repressiyalarına etiraz edən videoroliklər hazırladığına görə işdən qovulmuşdu. O işdən çıxarılması barədə sosial şəbəkələrdə İran hakimiyyətinə müraciət edərək bildirmişdi: “Məni siz işdən çıxarmadınız. Sizin kimi mənfur hakimiyyətlə işləmək istəmədiyimə görə özüm işdən getdim".

Müəllimlər Birliyinin Koordinasiya Şurası keyfiyyətli təhsil, qızların zəhərlənməsinə, valdeynlərə təzyiqlərə son qoymaq, həbs olunan müəllim və tələbələrin azad olunması tələbləri ilə mütəmadi olaraq iranlı təhsil işçilərini etiraz  nümayişləri keçirməyə çağırır. Həyat səviyyəsinin aşağı düşməsi, maaşların vaxtında verilməməsi və rifah dəstəyinin olmamasına cavab olaraq keçən ilin yayından bəri İranda hakimiyyətə qarşı iğtişaşlar baş qaldırıb.

22 yaşlı Mahsa Əmininin  sentyabrda  polis nəzarətində olarkən ölümü hakimiyyətin amansız güclə yatırmağa çalışdığı etirazlara yeni nəfəs verib.

Son məlumatlara görə, Əmininin ölümü ilə başlayan nümayişlər zamanı təhlükəsizlik qüvvələri tərəfindən 520-dən çox adam öldürülüb və 20 mindən çox insan qanunsuz həbs edilib. Qərəzli məhkəmə proseslərindən sonra məhkəmə etirazçılara ölüm hökmü də daxil olmaqla sərt hökmlər çıxarmaqda davam edir.