Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 10:48:00
Yalnız 4 şagirddən biri kollecdə təhsil almaq istəyir

Rusiyada “Profilum”  şirkətinin araşdırmasına görə, hər 4 şagirddən yalnız 1-i kollecdə təhsilini davam etdirmək istəyir.

AzEdu.az Rusiya Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki,  bu suala 6-7-ci sinif şagirdləri arasında 21%, 8-9-cu siniflərdə isə 25% müsbət  cavab verib.

Əksər  məktəblilər bakalavr dərəcəsində təhsil almaq istədiklərini bildiriblər - (34%), 21% magistr dərəcəsini, 15% iki və ya daha çox ali təhsil diplomuna sahib olmaq istədiyini, 9% aspirantura və elmi dərəcəni məqbul hesab edib.

Amma  6-7-ci sinif şagirdlərinin 17%-i, 8-9-cu sinif şagirdlərinin 14%-i və yuxarı sinif  şagirdlərinin 10%-i təhsillərini harada davam etdirəcəklərini hələ müəyyənləşdirə bilməyib. Sorğuda ümumilikdə 24 mindən artıq məktəbli iştirak edib.