Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-15 17:14:52
Peşəkarlar tələbələrlə təcrübələrini bölüşüblər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qruplarının İnşaat mühəndisliyi ixtisasında təhsil alan tələbələri üçün təlim keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, “İnşaat mühəndisliyində ilk addımlar” adlı təlimdə “Hill Academy”nin peşəkar mütəxəssisləri - Ərəstun Həsənov, Yaqub Mehdiyev və Araz Qurbanlı inşaat sahəsində beynəlxalq standartların tələblərinə cavab verən yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanması istiqamətində geniş təqdimatla çıxış edib.

 

Təqdimatlardan sonra Ərəstun Həsənov və Asif Vəliyev öz təcrübələrini tələbələrlə bölüşüb, bu sahənin gələcək karyera imkanlarından danışıblar.

 

Təlimin yekununda  çoxsaylı  suallar cavablandırılıb, mövzuya dair fikir mübadiləsi aparılıb.