Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-15 16:52:51
DİM-də hazırlıq kursunun müdavimləri üçün imtahan keçirilib

15 may 2023-cü il tarixində  Bakı şəhərindən olan iştirakçılar üçün DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanda yerləşən binasında, bölgələrdən olanlar üçün isə DİM-in Gəncə, Şəki, Şirvan, Lənkəran, Şəmkir və Göyçay Regional Bölmələrində informatika fənni üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun müdavimləri üçün proqramlaşdırma ilə bağlı imtahan keçirilib.

 

İmtahan nəticələrinə əsasən müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək.