Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-27 15:11:00
Müəllimdən I və IV qrup abituriyentlərinə müraciət – “Suallarda yeni və fərqli nəsə olmayacaq, narahat qalmayın”

“Yeni nəşr olunan test toplusunda  demək olar, heç bir dəyişiklik yoxdur. Bu test bankını əvvəldən sona qədər vərəqləməyim, cəmi 5 dəqiqə çəkdi. Sadəcə,  kitabın üz qabığını dəyişərək,  əvvəlki illərdə çap olunan test nümunələrini  yeni topluya əlavə ediblər. Bununla  nə etmək istədikləri başa düşə bilmirəm!”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Bərdə rayon Kürdborakı kənd orta məktəbinin Kimya müəllimi Elşən Məmmədov deyib. O, yeni model qəbul qaydalarına uyğun test nümunələrinin elan olunmasını səbirsizliklə gözlədiyi qeyd edib:

“Yeni nəşr olunan test toplusunda  demək olar, heç bir dəyişiklik yoxdur. Bu test bankını əvvəldən sona qədər vərəqləməyim, cəmi 5 dəqiqə çəkdi.

Sadəcə kitabın üz qabığını dəyişərək,  əvvəlki illərdə çap olunan test nümunələrini  yeni topluya əlavə ediblər. Bununla  nə etmək istədikləri başa düşə bilmirəm!

Kitabın üz qabığı cəlbedicidir; sanki insanda test bankının içərisində qeydi-adi, fərqli test nümunələrinin olduğu təəssüratını yaradır. Buradan aydın olur ki, bu il də test nümunələrində ciddi dəyişiklik gözlənilmir. Yəni əvvəlkilərlə oxşar suallar tərtib olunacaq. Buna görə də,  abituriyent və valideynlər həyəcanlanmasınlar!

Qəbul imtahanlarında 22 qapalı, 5 açıq və 3 situasiya tipli sual olacaq. Əsasən situasiya tipli suallar abituriyentlərimizi qorxuya salır. Məsələn, abituriyentə mətn təqdim olunur və həmin mətndən 3 sual olur. Bu, əzbərçiliyi aradan qaldırmaq üçün əla vasitədir. Zənnimcə, məntiqi suallar da çox olacaq. Cavablar şagirdləri düşünməyə vadar edəcək. Şagird problemi tapmaq üçün öz fərziyyəsini irəli sürəcək”.

Elşən Məmmədovun sözlərinə görə, abituriyentlərin demək olar ki, 90%-i  kimya dərsində laboratoriya işləri görmürlər:

“Çox az sayda məktəb laboratoriya  ilə təchiz olunub. VII sinifdə laboratoriya ilə tanışlıq mövzusuna yer verilib. Laboratoriya olmadığı üçün dərsi şagirdə şifahi şəkildə izah edirsən. Ən yaxşı halda müəllim özü müəyyən vasitələrdən istifadə edərək,  məktəbliyə bunu əyani şəkildə göstərir. Ancaq etiraf edək ki, bu o qədər də effekt vermir.

Yeni tərtib olunan VII sinif dərsliklərində bir çox mövzular sadələşib. Ötən il “Maddə və cisim”, “Maddələrin xassələri”, “Qarışıqların ayrılma üsulu” mövzularına cəmi 1 saat vaxt ayrılmışdı. VII sinifdə yeni kimya öyrənən şagirdə maddəni xassəsini izah edəndə həmin şagird dərsi qavramaqda çətinlik çəkirdi. Bu il isə artıq “saf maddələr və qarışıqları”  saatda keçiriləcək.

VIII sinif dərsliklərində elə də ciddi dəyişiklik yoxdur. II mövzu “oksidlərin alınmasıdır”. Şagird reaksiyaları görüb qorxur və öyrənməkdə çətinlik çəkir. Məcbur qalıb reaksiyaların hissə-hissə öyrənilməsini tapşırırıq.  Ümid edirəm ki, yeni nəşr olunan dərsliklərdə zamanla hər şey öz yerini tapacaq”

Xatırladaq ki, 2019-cu ildə keçiriləcək qəbul imtahanları tamamilə yeni model əsasında təşkil olunacaq. Yeni modelə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyən etmə tipli tapşırıqlardır. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları