Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-13 12:48:00
Şagirdlərimiz Balkan Riyaziyyat Olimpiadasında medallar qazandılar

8-13 may 2023-cü il tarixlərində Türkiyənin Antalya şəhərində 40-cı Balkan Riyaziyyat Olimpiadası təşkil edilib. 

 

AzEdu.az xəbər verir ki, 6 məktəbli ilə təmsil olunan Azərbaycan komandası sözügedən yarışda uğurla çıxış edərək 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 2 medal və 3 həvəsləndirici mükafat qazanıb. 

 

Belə ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Cəlil Hüseynov gümüş, həmin liseyin XI sinif şagirdi Fidan Qarayeva isə bürünc medal qazanıb.

 

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Səid Bəkirov, Ömər Qədimli və Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin 10-cu sinif şagirdi Telman Məmmədov isə olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüblər. 



Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 17 gümüş və 36 bürünc medal qazanıblar.