Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-12 10:06:24
Ən çox bu ixtisaslar üzrə həkim çatışmazlığı var

Hazırda Bakı şəhəri üzrə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ciddi həkim çatışmazlığı yoxdur.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, yalnız bəzi xəstəxanalarda reanimatoloq, anestezioloq və travmatoloq ixtisasları üzrə bir neçə vakant yer mövcuddur:

 

"Respublikanın bir çox bölgələrində isə travmatoloq, ortoped, anestezioloq-reanimatoloq, mama-ginekoloq, nefroloq, psixiatr, narkoloq, uşaq cərrahı, uroloq, nevroloq, şüa diaqnostikası üzrə həkim (rentgen və KT üzrə) çatışmazlığı müşahidə olunur".

 

"Vaxtaşırı vakant yerlər üzrə həkimlərin işə qəbulu həyata keçirilir. Kadr çatışmazlığı qeydə alınan ixtisaslar üzrə həkimləri əməkdaşlığa dəvət edirik", - deyə cavabda qeyd edilib.