Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-12 10:40:00
1256 it və pişiyi öldürənə 3 il həbs cəzası kəsildi

Cənubi Koreya məhkəməsi 1200-dən çox pişik və iti aclıqdan öldürən 66 yaşlı kişiyə 3 il həbs cəzası verib .

AzEdu.az “Yonhap”xəbər agentliyinə istinadən xəbər verir ki, həmin şəxs küçələrə atılmış pişik və itləri yığırmış. Hər heyvana baxmaq üçün ona 10 min von (təxminən 7,50 dollar) pul da ödənilib.

2020-ci ilin fevral ayından bəri o, bu şəkildə mindən çox ev heyvanı qulluq etmək adı ilə götürüb və sonra onları ac saxlayıb. Onun Yangpyeongdakı iqamətgahında 1256 pişik və it cəsədi tapılıb.

Suvon rayon Məhkəməsi onu heyvanlara qarşı amansızlıq etdiyibə görə, 3 il həbs cəzasına məhkum edib.