Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 16:47:32
Ən çox bu universitetlərin tələbələri təhsil krediti üçün müraciət edib - ADLAR

Təhsil Tələbə Krediti Fondu bu günə qədər müvafiq kreditdən yararlanan tələbələrin TOP 5 universitet üzrə statistikasını açıqlayıb.

 

Fonddan AzEdu.az-a bildirilib ki, TOP 5 siyahısında Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və Bakı Biznes Universiteti yer alır.

 

Azərbaycan Dövlət İqtisad Universitetindən 1331 tələbə təhsil krediti alıb. Bunlardan 325-i sosial, 1006-sı standart kreditdir.

 

Gəncə Dövlət Universitetindən 1153 tələbə təhsil krediti alıb. Bunlardan 424-ü sosial, 729-u standart kreditdir.

 

Azərbaycan Texniki Universitetindən 961 tələbə təhsil krediti alıb. Bunlardan 384-ü sosial, 577-si standart kreditdir.

 

Bakı Dövlət Universitetindən 920 tələbə təhsil krediti alıb. Bunlardan 292-si sosial, 628-i standart kreditdir.

 

Bakı Biznes Universitetindən 798 tələbə təhsil krediti alıb. Bunlardan 342-si sosial, 456-sı standart kreditdir.