Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-10 15:44:21
1500 tələbənin iştirakı ilə fləş-mob keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Gənclər Təşkilatı (AzMİU TGT) təşkilatçılığı  ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 1500-ə yaxın tələbənin iştirakı ilə fləş-mob keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1975-ci ildə İnşaat Mühəndisləri İnstitutu adı altında yaradılıb.  1992-ci ildə institut universitet statusu almışdır. 2000-ci il iyun ayının 13-də ulu öndər Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır.