Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-10 15:25:04
BMU və “Blue City”nin birgə təşkilatçılığı ilə tədbir keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) və “Blue City” yaşayış kompleksinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Gələcəyin mühəndisləri” adlı tədbir keçirilib.

 

BMU-nun Memarlıq və inşaat fakültəsinin dizayn, memarlıq, inşaat mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrinin iştirak etdiyi tədbir rəsmi və praktiki hissədən ibarət olub.

 

Çıxışlar zamanı Ulu Öndərin həyat və fəaliyyəti haqda geniş məlumat verilib, gənc nəslin müstəqil Azərbaycan vətəndaşları olaraq, savadlı kadrlar kimi yetişdirilməsində Heydər Əliyevin müstəsna xidmətləri, həmçinin diqqət və qayğısı vurğulanıb.

 

Tədbirin praktiki hissəsində isə iştirakçılara şirkətdaxili əməkdaşlıq, render, animasiyalar üzrə çertyoj və layihələr haqda informasiyalar təqdim olunub, maket üzərində layihənin unikallığı və yerləşməsi ilə bağlı nümunələr göstərilib.

 

“Blue City” yaşayış kompleksinin tikinti ərazisi ilə tanış olan tələbələrə tədbirin sonunda fəal iştiraka görə sertifikatlar verilib.