Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-10 11:34:53
Ağdamdakı məktəbdə yanğın olub

Ağdam rayonunda orta məktəbdə yanğın olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, rayonun Ayaq Qərvənd kəndində ümumi sahəsi 930 m² olan birmərtəbəli kənd tam orta məktəb binasının sahəsi 32 m² olan sinif otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.