Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-10 08:18:44
Azərbaycan ifaçıları "Avroviziya"da UDUZDU

Böyük Britaniyanın Liverpul şəhərində “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki,  ötən gecə 15 ölkənin təmsilçiləri səhnəyə çıxıb.

 

Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşları da  çıxış edib. Əkiz qardaşlar 12-ci sırada ifa ediblər.

 

Birinci yarımfinalda Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Azərbaycan, Çexiya, Niderland və Finlandiya  mübarizə aparıb.

 

Səsvermənin nəticəsinə əsasən, Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç finala yüksəlib.

 

Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşları finala adlaya bilməyib. 

 

 Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilən müsabiqənin növbəti yarımfinalı 11 mayda, final isə mayın 13-də keçiriləcək.