Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-09 14:54:58
Şagirdlərimiz Berlindəki bilik yarışında qızıl medal qazandılar

Dünən – mayın 8-də Almaniyanın paytaxtı Berlin şəhərində “Pangea math world” beynəlxalq riyaziyyat olimpiadası keçirlib.


AzEdu.az xəbər verir ki, olimpiadada iştirak edən azərbaycanlı şagirdlər uğur qazanıblar.

Bakıdakı Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 8a sinif şagirdi Ələsgərzadə Ayxan Kamran oğlu və 8ç sinif şagirdi Fətəliyev Amin Emin oğlu Berlində qızıl medala layiq görülüblər.