Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-09 13:34:33
Şuşada Atatürk küçəsinə lövhə vuruldu - FOTO

Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub.

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verdi.

Bildirildi ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.

Dövlətimizin başçısı Atatürk küçəsinin lövhəsinin açılışını etdi.